Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Azərbaycan Euro Beach Soccer League seçmə yarışına qatılır.


Məlum olduğu kimi dünyada çimərlik futbolu sahəsində keçirilən əsas yarış dünya çempionatı hesab olunur. «Euro Beach Soccer League» isə Avropa qitəsinin əsas yarışı hesab olunur. Belə ki, Avropa Liqası - bir növ Avropa birinciliyidir. Cari mövsümdə «Euro Beach Soccer League» yarışında iştirak edəcək komandaların sayı 16-dan 20-dək artacaq. Yeni qoşulan komandalar arasında Belarusiya, Slovakiya, Azərbaycan və Rumıniya milli komandaları var. Yarışın reqlamenti də bir xeyli dəyişmişdir. İki divizion yaradılıb – “A” (8 yığma) və “B” (12 yığma). Komandalar Avropa reytinqinə uyğun olaraq liqalar üzrə bölünüblər. Reytinqə uyğun olaraq hər iki liqada ilkin raundların püşkü də atılıb. Belə ki, “A” divizionun iştirakçıları: Portuqaliya (reytinqdə 1-ci yer), Rusiya (2), İtaliya (3), Fransa (4), İsveçrə (5), İspaniya (6), Polşa (7) və Macarıstan (8). Digər yığmalar isə “B” divizionuna daxil oldular: İngiltərə (1), Avstriya (2), Çexiya (3), Yunanıstan (4), Almaniya (5), Türkiyə (6), Hollanda (7), Andorra (8), Rumıniya (9), Belarusiya (10), Slovakiya (11) və Azərbaycan (12).  

Hazırkı Avropa Liqası iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 4 ilkin raunddan ibarət olacaq, sonra isə Superfinal olacaq – “A” divizionu üçün - və keçid yarışması – “B” divizionu üçün. Hər iki divizionun oyunları paralel olaraq keçiriləcək: eyni vaxtda və eyni yerdə. “A” divizionunda hər bir komanda iki raundda iştirak edəcək. Komandalar tərəfindən bütün oyunlarda yığılan xallar toplanılacaq. Bu göstəriciyə əsasən 6 ən yaxşı milli 20-23 avqust tarixlərində Portuqaliyanın Vila Real şəhərində keçiriləcək Superfinala vəsiqə qazanacaq. Son mərhələdə iştirakçılar iki qrupa bölünəcək. Qrupdaki oyunlardan sonra yarımfinal və final oyunları keçiriləcək.

“B” divizionunda hər bir iştirakçı bir raundda iştirak edəcək. Hər bir qrupun qalibləri, ilkin raundlarda ikinci yerləri tutmuş komandalar arasında ən yaxşı bir komanda, həmçinin “A” divizionunun 8-ci komandası keçid yarışında iştirak edəcək. Bu yarış da 20-23 avqust tarixlərində Portuqaliyanın Vila Real şəhərində keçiriləcək. Superfinalda olduğu kimi, millilər iki qrupa bölünəcəklər. Qruplardakı matçlardan sonra yarımfinal və final oyunları keçiriləcək. “A” divizionuna vəsiqəni yalnız keçid yarışının qalibi əldə edəcək.  


“Avropa Liqa”sının ilkin mərhələsinin təqvimini nəzərinizə çatdırırıq:

Maynxed (İngiltərə), 17-19 iyul
«À» divizionu: Portuqaliya, Fransa, İsveçrə, Macarıstan.
«Â» divizionu: İngiltərə, Almaniya, Azərbaycan.
 
 
Çimərlik futbolunun həvəskarları liqa oyunlarını televiziyada izləyə bilərlər. Bütün oyunların «Eurosport 2» kanalından canlı yayımlanacağı gözlənilir.
 
17 iyul 18:00  Azərbaycan - Almaniya
19 iyul 19:15 İngiltərə - Azərbaycan

17.07.2009