Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Baş katib millinin üzvləri ilə görüşüb


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyulun 16-dan 20-dək İngiltərənin Maynhid şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək. Komandamız B qrupunda Almaniya və İngiltərə milliləri ilə mübarizə aparacaq. Almaniya – Azərbaycan oyunu iyulun 17-də, İngiltərə – Azərbaycan qarşılaşması isə iyulun 19-da keçiriləcək.
Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov çimərlik futbolu üzrə millinin üzvləri ilə görüşüb. Məsul yarış ərəfəsində futbolçulara müvəffəqiyyət arzulayan E.Məmmədov, əldə edilən hər bir uğurlu nəticənin bu idman növünün ölkəmizdə inkişafına təkan verdiyini bildirib.
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millinin heyətini diqqətinizə çatdırırıq:
Elşad Quliyev
Müslüm Hüseynov
Emin Kürdov
Asif Zeynalov
Vaqif Şirinbəyov
Elvin Quliyev
Hikmət Bağırov
İlham Əzizzadə
Sahib Məmmədov
Elhad Nəziri
Vitali Borisov
Elnur Əhmədov

16.07.2009