Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Milli mükafatlandırılıb.


AFFA-nın Futbol akademiyasında çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Sahə Futbol Federasiyaları İctimai Birliyinin prezidenti Mahir Məmmədov, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və başqaları iştirak edib. Milli komandanın İspaniyanın Kastelyon şəhərində keçirilən dünya çempionatının seçmə mərhələ oyunlarında 1/4 final mərhələsinə qədər irəliləməsi təqdirəlayiq hal kimi qiymətləndirilib, futbolçulara qarşıdakı yarışlarda daha böyük müvəffəqiyyət arzulanıb və millinin üzvləri AFFA tərəfindən mükafatlandırılıb.
Görüşün sonunda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

24.06.2009