Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Çimərlik futbolu üzrə Azərbaycan yığması növbəti mərhələyə keçib.


İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində iştirak edən Azərbaycan millisi “B” qrupunda keçirdiyi son oyunda Avstriya yığmasına 4:5 hesabı ilə məğlub olmasına baxmayaraq, növbəti mərhələyə keçib.
Qeyd edək ki, 1/8 mərhələsinə adlayan yığmamızın növbəti rəqibi İngiltərə yığması olacaq. Oyun 11 iyun tarixində keçiriləcək.
1/8 mərhələsinin bütün cütlükləri:
Portuqaliya — Estoniya
Polşa — Rumıniya
Rusiya — Hollandiya
Fransa — Ukrayna
İtaliya — Belçika
İsveçrə — Türkiyə
AZƏRBAYCAN — İngiltərə
İspaniya — İsrail

10.06.2009