Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Çimərlik futbolu üzrə Azərbaycan yığması İspaniyada ilk oyununu keçirdi.


Bu günlərdə İspaniyanın Kastelyon şəhərində keçirilən FİFA 2009 Dünya Kubokuna Avropa seçmə oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan yığması qrupda ilk oyununu güclü Portuqaliya millisinə qarşı keçirdi.
Oyun millimizin 6:4 hesablı məğlubiyyətilə başa çatdı. Millimizdə qolları Namiq Məmmədkərimov (2), Hikmət Bağırov (1) və Müslüm Hüseynov (1) vurdular.
Millimizin yer aldığı “B” qrupunun digər oyununda Almaniya yığması Avstriyanı 7:4 hesabılə məğlub edib.
7 iyun tarixində keçirilmiş bütün oyunların hesabları:
Çexiya — Rumıniya 2:7
Belçıka — Polşa 2:3
Norveç — Belorusiya 3:4
Yunanıstan — Türkiyə 5:7
İngiltərə — Andorra 3:2 (əlavə vaxt)
Macarıstan — Hollandiya 6:8
Almaniya — Avstriya 7:4
Ukrayna — Estoniya 3:3 penaltilərlə. 2:1
İsrail — İsveçrə 4:7
Bolqarıstan — İtaliya 2:9
AZƏRBAYCAN — Portuqaliya 4:6
Latviya — İspaniya 0:3

09.06.2009