Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
İspaniyanın Kastelyon şəhərində Çimrəlik futbolu üzrə FİFA 2009 Dünya Kubokuna Avropa seçmə yarışının püşkü atıldı.


7-14 iyun tarixlərində Kastelyon 28 Avropa millisini qəbul edəcək. Komandalar Dubaya aparan beş vəsiqə uğrunda mübarizə aparacaqlar.
 
1/8 mərhələsinə hər qrupdan iki ən yaxşı komanda, həmçinin qruplarda üçüncü yeri tutmuş iki milli komanda çıxacaq.
 
1/8 finalçılar cütlüklərinin formalaşması 3-cü yerləri tutan komandaların hansı qruplardan çıxacağından asılı olacaq. Yarışın yarımfinalçıları Marseldə keçiriləcək dünya birinciliyinə vəsiqə qazanacaqlar. 5-ci vəsiqə uğrunda mübarizə isə yarışın dörddə bir final mərhələsində uduzan komandalar arasında keçiriləcək.
 
A Qrupu: İspaniya, Çexiya, Ruminiya, Latviya
B Qrupu: Portuqaliya, Avstriya, Almaniya, Azərbaycan
C Qrupu: Rusiya, İngiltərə, Andorra, Qazaxıstan
D Qrupu: İtaliya, Ukrayna, Estoniya, Bolqarıstan
E Qrupu: Fransa, Yunanıstan, Türkiyə, Slovakiya
F Qrupu: İsveçrə, Macarıstan, Hollandiya, İsrail
G Qrupu: Polşa, Norveç, Belarusiya, Belçika

19.05.2009