Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Marko Oktavio çimərlik futbolu üzrə İran milli yığmasının məşqçisi təyin olunub


Braziliya çimərlik futbolunun ən güclü oyunçularından biri sayılan Marko Oktavio yenidən İran milli yığmasının başına gətirilib. Hal-hazırda o, İranın «Shirin Faraz» klubunun məşqçisi olsada, bu günlərdə çimərlik futbolu üzrə İran milli yığmasını 2009-cu il Dünya Çempionatının seçmə oyunlarına hazırlamağa başlayacaq.
 
Qeyd etmək lazımdır ki, Oktavio Braziliya yığmasını altı dəfə çempionluğa gətirib ki, bu da çimərlik futbolu üzrə məşqçilər arasında rekord hesab olunur. Marko “futbol krallarının” əlindən həmin titulu alan ilk məşqçi oldu. O, 2001-ci ildə Portuqaliya yığmasılə dünya çempionu oldu.
 
Müasir çimərlik futbolunun mahirlərindən birini Dubayda görə bilərikmi? Marko Oktavionun ikinci cəhtdən İran millisi ilə dünya reytinqində yüksələ biləcəkmi? Bütün bu suallara cavab yeni sezonda veriləcək.

03.04.2009