Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Çimərlik futbolu üzrə Avropa kuboku oyunları Bakıda

AFFA Azərbaycan Çimərlik Futbol Federasiyası ilə birgə çimərlik futbolu üzrə Avropa kuboku oyunlarının Bakıda keçirilməsi üçün namizədliyini irəli sürmüşdü və bununla bağlı müvafiq sənədlər Peşəkar Çimərlik Futbolu Təşkilatına təqdim olunmuşdu.

Aparılan danışıqlardan sonra çimərlik futbolu üzrə Avropa kuboku oyunlarının sentyabrın 18-dən 21-dək Bakıda keçirilməsi barədə qərar qəbul olunub.
Kubok uğrunda yarışlarda bu ölkələrin milli komandaları qarşılaşacaq: Azərbaycan, İtaliya, İspaniya, İsveç, Ingiltərə və Norveç.

 Xatırladaq ki, bu turnir indiyə qədər aşağıda göstərilən şəhərlərdə keçirilib:


1998 – Sirakusa (İtaliya)
1999 – Alikante (İspaniya)
2001 – Maspalomas (İspaniya)
2002 – Barselona (İspaniya)
2003 – Lyej (Belçika)
2004 – Lissabon (Portuqaliya)
2005 – Moskva (Rusiya)
2006 – Neapol (İtaliya)
2007 – Tarraqona (İspaniya)

2008 - Bakı (Azərbaycan)


05.09.2008