Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Çimərlik futbolu üzrə Avropa Liqası: II turun nəticələri


Bakıda təşkil edilən çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində bu gün II turun oyunları keçirilib. Belarus yığması ilə qarşılaşan Azərbaycan millisi 1:4 hesabı ilə məğlub olub. Komandamızın qolunu İlkin Hacıyev vurub. Turun digər oyunlarının nəticəsini diqqətinizə çatdırırıq: İsveçrə - Almaniya 10:2 Portuqaliya - Fransa 5:3 İtaliya - Ukrayna 2:2 pen. 3:4 Belarus - Azərbaycan 4:1

23.06.2018