Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Azərbaycan Çimərlik Futbol Federasiyasının bu il 10 yaşı tamam oldu!


Azərbaycan Çimərlik Futbol Federasiyasının bu il 10 yaşı tamam oldu! 2008ci ildə yaradılan və prezidenti Fərid Novruzi seçilən Azərbaycan Çimərlik Futbol Federasiyasının bu il 10 yaşı tamam oldu! Çimərlik Futbolu üzrə milli komandamız elə ilk uğurunu da həmin ilin sentyabr ayında European Cup 2008 turnirində qazandı. Həmin il yeni yaranan komanda o zaman baş məşqçi vəzifəsini icra edən braziliyalı Gustavo Enrique Zlokovik Silvanın rəhbərliyi ilə turnirdə 3-cü yeri tutdu. İlk uğurunu qazanan komandamızın uğurları bununla bitmədi. Komandamız bir-birinin ardınca B divizionunda müxtəlif yerlər qazandı və müxtəlif kuboklar əldə etdi. Möhtəşəm uğura isə millimiz 2016-cı ildə B divizionundan A divizionuna keçid alaraq nail oldu. Aşağıda qeyd etdiklərimiz komadamızın uğur tarixçəsinin kiçik bir xronologiyasıdır. 2008 - European Cup 2008 - 3-cü yer 2009 - BSWW Euro Beach Soccer Liqası (İngiltərə, Minehead) - 1-ci yer 2010 - Euro Beach Soccer League (İtaliya) - 1-ci yer 2010 - EBLS 2010 (Portugaliya, Lissabon) - 18 mərhələyə keçid 2011 - Crocs Challenge Cup (Hollandiya, Haaqa) - 3-cü yer 2011 - Alanya Cup 2011 (Türkiyə, Alanya) - 2-ci yer 2012 Open Indoor BeachSoccer League 2012 Grand Prix Winter (Sankt-Peterburq) - 1-ci yer 2016 - Beach Soccer League (EBSL) (Macarıstan, Siofok) - 1-ci yer 2016 - Avropa Çimərlik Futbol Liqası (EBSL) (İtaliya, Katania) - 1-ci yer A diviziona keçid 2017 International BeachSoccer Tournament Friendship Cup 2017 (Vitebsk, Belarus) 3-cü yer 2018 - 2018 CFA Belt and Road İnternational Beach Soccer Cup (Çin) - 1-ci yer Bildirmək istərdik ki, bizim bu uğurlara nail olmağımızda ən böyük səbəb Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin idmana və gənclərimizə göstərdiyi qayğının nəticəsidir. Bunun üçün Azərbaycan Çimərlik Futbol Federasiyası kollektivi adından möhtərəm prezidentimizə təşəkkür edir və ona növbəti illərdə fəaliyyətində uğurlar arzulayırıq! Əlavə olaraq bu illər ərzində göstərilən dəstəyə görə AFFA-nın prezidenti cənab Rövnəq Abdullayevə və AFFA-nın baş katibi cənab Elxan Məmmədova dərin təşəkkürümüzü bildiririk.

24.04.2018