Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Milli komanda təlim-məşq toplanışındadır.

Çimərlik futbolu üzrə Azərbaycan millisi İyulun 4-də Avropa Liqasında Fransanın Tin şəhərində bu ölkənin yığma komandası ilə qarşılaşacaq.
Hazırda millimiz Mərdəkandakı «Dalğa» istirahət kompleksində təlim-məşq toplanışındadır. Toplanış iyulun 2-dək davam edəcək.
Xatırladaq ki, Avropa Liqasında 8 komanda çıxış edəcək. Millimizin mübarizə aparacağı B qrupunun oyunları iyulun 4-6–sı keçiriləcək. Komandamız Fransa yığmasına qalib gələrsə, yarımfinal mərhələsində Türkiyə – İngiltərə oyununun qalibi ilə qarşılaşacaq. Yarışın reqlamentinə görə, hər iki qrupda ilk 3 pilləni tutan komandalar növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. Ən yaxşı göstəricilərə malik dördüncü komanda da 22-24 avqust tarixlərində Portuqaliyada keçiriləcək Superfinalda iştirak edə biləcək

21.06.2008