Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Millimiz "Beach Socer Cup" beynəlxalq turnirində iştirak etmişdir


May ayını 1-3 aralığında İspaniyanın Barcelona vilayətində, Barcelona Beach soccer Cup Beynəlxalq turniri keçirilmişdir.Bu turnir müxtəlif ölkələrdən dünyanın ən güclü çimərlik klublarını bir araya gətirmişdir. Turnirdə Barselona (İspaniya), Valensiya (İspaniya) Flamenqo (Braziliya), Boka Juniors (Argentina), Levante (İspaniya), Lokomotiv (Rusiya), Bate (Belorusiya) və heyətində millimizin iki futbolçusu Renat Sultanov və Amid Nəzərovun yer aldığı Portuqaliyanın Sportinq klubu iştirak edirdi. Turnirin qalibi Rusiyanın Lokomotiv klubu finalda braziliya təmsilçisi olan Flamenqo klubu üzərində 6-4 hesab ilə inamlı qələbə qazandı. Futbolçularımız turnirdə inamlı təsir bağışladı və Sportinqin heyətində 3-cü yer uğrunda ev sahibləri olan Barselona klubuna məğlub olaraq 4-cü yerlə kifayətlənməli oldular.
Bakumeeting

26.05.2015