Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Azərbaycan yığması, Fransa millisi üzərində geçikmiş qələbədən sonra, özünün 13-cü yerini qoruyub saxlayır


 
Azərbaycan yığmasının Fransa komandası üzərində 3:1 hesablı qələbəsi çətin oldu; hər iki tərəf o qədər bərabər güclü idilər və elə sıx mübarizə aparırdılar ki, ibarə ilə desək, onların arasından kağız vərəqi belə keçirmək mümkün deyildi. Azərbaycanlılar hesabı birinci açdılar, lakin Fransa komandası da buna özünün oyunda ilk topu ilə cavab verdi. Müdafiə, hücumçulara, emosiyalarla dolu final hissəsində özlərini oyuna təkrar sazlamalarına yol verərək, vaxtaşırı zərbəni öz üzərinə götürürdü, bu hissədə Azərbaycan millisi irəli çıxdı və qələbə üçün lazım olanı etdi. Bu qələbə Azərbaycan millisinə ümumavropa siyahısında 13-cü yeri bəxş edir, Fransa komandası isə turniri, 14-cü yerə düşərək, başa vurur.
 
Oyunun ilk dəqiqələri qol baxımından məhsuldar oldu, Azərbaycan millisi birinci topu vurdu, Fransa isə buna Pajisin vurduğu, hesabı bərabərləşdirən topu ilə cavab verdi. Bəxt tərəzisi, Azərbaycan komandasının hissənin sonuna bir dəqiqədən bir qədər artıq qalmış vurduğu topdan və 2:1 hesabı ilə əvvəldə əldə etdiyi bir topluq üstünlüyü bərpa etdikdən sonra Azərbaycan millisinin tərəfinə üz tutana qədər, aşağı-yuxarı enib-qalxırdı. Birinci fasilə başlandı.
 
Fransızlar özlərinin birinci hissədəki qop defisitindən narazı idilər və ikinci hissəni kəskin, məqsədyönlü oyunla başladılar. Hər iki komanda qapılara vurulan zərbələrlə mübadilə apardılar, lakin bu bir nəticə vermədi. Azərbaycan yığması, özünün bütün enerjisini fransızların hücumlarının dəf edilməsinə yönəltdiyindən, ikinci hissədə top vura bilmədi, buna görə də, hissə əvvəlki kimi Azərbaycan millisinin xeyrinə 2:1 hesabı ilə başa çatdı.
 
Goals: 0-1: Sabir, min.9 (1); 1-1: Pagis, min. 7 (1); 1-2: Asif, min. 1 (1); 1-3: Hikmat, min. 5 (3).
 
FIFA BEACH SOCCER WORLD CUP 2015 - EUROPE QUALIFIER JESOLO-ITALY
 

Results Today:
Sunday 14.09.14
09:00 - Poland 3-2 Greece - Playoff for 15th Place
10:15 - France 1-3 Azerbaijan - Playoff for 13th Place
11:30 - Estonia vs. England - Playoff for 11th Place
12:45 - Turkey vs. Germany - Playoff for 9th Place
14:00 - Hungary vs. Romania - Playoff for 7th Place
15:15 - Belarus vs. Ukraine - Playoff for 5th Place
16:30 - Spain vs. Italy - Playoff for 3rd Place
17:45 - Switzerland vs. Russia - Final
 
Rahimov
 
Rahimov
 
Rahimov

15.09.2014