Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Azərbaycan ikinci qrupa keçir


Azərbaycanın Bolqarıstan üzərində qələbəsi (7-2 hesabı ilə) oyunun əvvəlindən sonuna kimi şübhə doğurmurdu, çünki Azərbaycan komandası, oyunun əvvəlindən sonuna kimi həm hücumda, həm də müdafiədə əla oynayırdı. Birinci hissəni Azərbaycan komandası azacıq üstünlüklə başa çatdırdı, lakin ikinci hissədə döyüşə atıldı və final hissəsi ərzində də təzyiqi zəiflətmədi. Qələbə Azərbaycana qrupda altı xal toplamaq və, Polşadan sonra, ikinci yeri tutmaq imkanı verirdi. B divizionunun hər bir qrupunda ilk iki yeri tutan komandalar bazar günü üçüncü yer uğrunda oynayacaqlar, özü də Azərbaycan komandasının rəqibi Türkiyə komandası olacaqdır. Bolqarıstan komandası isə bazar günü yeddinci yer uğrunda matçda Estoniya komandası ilə görüşəcəkdir.
 
Azərbaycan-Bolqarıstan matçı çox gərgin mübarizə şəraitində başladı və ilk dəqiqələrdə komandalardan heç biri irəli çıxa bilmirdi. Pat vəziyyəti Azərbaycan komandasının üzvü Asifin əla məhsuldar zərbəsi ilə aradan götürüldü, bu zərbə hesabı Azərbaycanın xeyrinə 1-0-a dəyişdi. Tezliklə azərbaycanlılar, Comərdin səkdirmə zərbəsi ilə, öz üstünlüklərini ikiqat artırdılar; top qapı toruna girdi və hesab 2-0 oldu. İkinci hissənin əvvəlində Bolqarıstanın aşkar hesabı dəyişmək imkanı var idi, lakin bolqarlar öz şanslarından istifadə edə bilmədilər. Bunun əvəzində, Azərbaycan komandası öz imkanlarından tam istifadə etdi və, baxmayaraq ki, hissənin sonuna yaxın Bolqarıstan komandası, qol vurdu və (quru) hesabdan yaxasını qurtardı, Azərbaycan da öz toplarını vurdu və final hissəsinin əvvəli üçün hesab 4-1 oldu.
 
Final hissəsinin Azərbaycan komandasının tam nəzarəti altında başlamağına baxmayaraq, Bolqarıstan komandası daha bir qol vurdu. Hesab 4-2 olduqda Azərbaycan komandası, sonradan nə olacağını oturub gözləməkdənsə, təzyiqi artırmağaı üstün tutdu. Bolqarıstan komandası hələ bir neçə qol vəziyyəti yaratdı və hesabı öz xeyrinə dəyişmək ümidini itirmirdi, lakin o bu imkanlardan istifadə edə bilmədi. Nəticədə, matçın sonunda Azərbaycan komandası 7-2 hesabı ilə qalib idi.
 
Qollar: 1-0: Asif, 7-ci dəqiqə (1); 2-0: Comərd, 5-ci dəqiqə (1); 3-0: Orxan, 9-cu dəqiqə (2); 4-0: Comərd, 5-ci dəqiqə (2); 4-1: Martınov, 5-ci dəqiqə (2); 5-1: Zeynal, 1-ci dəqiqə (2); 6-1: Comərd, 8-ci dəqiqə (3); 6-2: G. Filipov, 7-ci dəqiqə (3); 7-2: Zeynal, 1-ci dəqiqə (3).
 

21.08.2014