Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
07.07.2013-cü il tarixində Sumqayıt şəhərində Çimərlik futbolu üzrə Şimal bölgəsinin aşağıda qeyd edilən komandalar arasında turnir keçirilmişdir.


 Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə çimərlik futbolu üzrə keçirilən zona birinciliyi başa çatıb. Yarışda regionun 10 komandası iştirak edib. Olimpiya sistemi üzrə baş tutan oyunlarda “Siyəzən”, “Qobustan” və “Xızı” müvafiq olaraq birinci, ikinci və üçüncü pilləni tutub. Yarış başa çatdıqdan sonra komandaların mükafatlandırılması keçirilib. İlk dörd yeri tutmuş komandaların hər birinə kubok və diplomlar verilib. Eyni zamanda birinciliyin ən yaxşı qapıçısına, ən yaxşı oyunçusuna və ən məhsuldar futbolçusuna Çimərlik Futbol Federasiyası, eləcə də ŞRFF tərəfindən fəxri fərmanlar təqdim edilib.
Sonda iştirakçı komandalar yarışın təşkilində əməyi olan AFFA, ÇFF və ŞRFF rəhbərliyinə təşəkkürünü bildirib. Onu da qeyd edək ki, birinciliyin finalçıları olan “Siyəzən” və “Qobustan” komandaları çimərlik futbolu üzrə keçiriləcək ölkə kubokunun oyunlarında iştirak etmək hüququ əldə edib.
 

İştirak edən komandalar:
Xaçmaz
Quba
Xızı
Siyəsən
Qusar
Xudat
Abşeron
Şamaxı
Şabran
Qobusan

11.07.2013