Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Mayami Kubokuna marağın artmasına səbəb olan ən yaxşı komandalar və məşhurlar.


Braziliya, ispaniya və Meksika ABŞ-da keçirilən turnirdə ev sahibinin rəqibləri olacaqlar. Bu turnir Çimərlik Futbolu məşhurlarının iştirakı ilə keçirilən oyun ilə bitəcək.
Çimərlik Futbolu üzrə Mayamidə keçirilən Kubokda iştirak etmək üçün bəzi dünyanın güclü komandaları Florida sahillərinə yığışacaq. Kuboku öz evlərində saxlamaq üçün ABŞ Çimərlik Futbolu sərgisinin bəzi güclü komandalarına qarşı mübarizə aparmalı olacaq.Sözsüz Dünya Çempionu Braziliya, CONCACAF tacının indiki sahibi Meksika və Avropanın ənənəvi güclü komandası İspaniya 29 apreldən – mayın 1-nə kimi Mayaminin Cənub Çimərliyində (20 və 22 küçələr arasında) keçiriləcək parlaq tamaşanın olacağına təminat verir.
Oyunlar cümə günü (15:30-da) ABŞ və Meksika arasında keçiriləcək. ABŞ keçmiş Çimərlik Futbol üzrə FİFA kubokunda onların yolunu kəsmiş Meksika komandasından əvəz çıxmaq şansı əldə edir. Dərhal bundan sonra saat 16:45-də açılış gününün son oyunu Braziliya və İspaniya qarşı-qarşıya gələcək. Şənbə günü saat 15:30-da İspaniya və Meksika üz-üzə gələcək. Nəhayət bazar günü saat 13:00-da ABŞ və İspaniya və saat 16:00-da Braziliya və Meksika görüşəcək və yarışın bu etapının qalibi məlum olacaq.
Amma Çimərlik Futbolu Cənub Çimərliyin qumsallarında yeganə tamaşa olmayacaq, çünki Çimərlik Futbolunun Dünya Çempionatının Mayami Kuboku müxtəlif cəlbedici tamaşalar olacağına ümid edir. Çimərlik Futbolu adlı-sanlı məşhurlarının oyunu bazar günü, 1may saat 14:30-da planlaşdırılır. Bu tamaşa vaxtı bəzi indiki ən popular estrada müğənni, aktyor, musiqiçi, idmançılar iştirakını təmin edir. Onların adları yaxın 10 gün ərzində məlum olacaq.

20.04.2011