Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Kasablanka FİFA Çimərlik futbolu 2011 seçmə turunu keçmiş Afrika komandalarını qəbul edəcək.


Seçmə turu 15-19 ijun tarixində Kasablankanın Ayn Diab çimərliyində keçəcək.
Afrika FİFA Çimərlik Futbolu Dünya Kubokunun Ravenna/İtaliya 2011 yarışı üçün növbəti dayanacaqdır. Kasablanka (Mərakeş) Ayn Diab çimərliyi Afrika seçmə turunun keçirilmə yeridir. Burada yolunu davam edəcək iki kontinental qalib təyin olunacaq. 15 iyundan 19-na kimi keçiriləcək bu turnir Dairəvi Robin plus play off etapının davamıdır. Yalnız iki komanda sentyabr ayında Ravennada keçiriləcək böyük festivalda iştirak etmək şərəfinə nail olacaq.
Iştirakçı komandalar hələ təsdiq olunmayıb, amma hamı Afrikanın ən güclü komandaları olan Nigeriya, Kot-de İvuar və ya Sineqalıniştirakina əmin ola bilər. Bundan başqa şimalın güclü Mərakeş və ya Misir komandaları öz şansları uğrunda mübarizə apararaq “Yaşıl qartallar” və “Fillər”i Çimərlik Futbolunun bu bayramına qatmaq istəyəcəklər. Yalnız bu yarımfinallardan sonra biz Afrikadan Ravenna 2011 gedəcək komandaları biləcəyik. Finala qədər irəlləmiş iki komanda FİFA 2011 Çimərlik Futbolu üzrə Dünya Kubokunda iştirak edəcək İtaliya, Rusiya, Ukrayna, İsveçrə, Portuqaliya, Meksika, Salvador, Taiti, Oman, Yaponiya və İrana qatılacaq.

20.04.2011