Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Valeri Çolariya Bakıda səfərdə olub


Açıq Əyləncəli Futbol Məktəblərinin MDB ölkələrində və Gürcüstandakı koordinatoru Valeri Çolariya Bakıda işgüzar səfərdə olub. Səfər çərçivəsində Valeri Çolariya AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev və baş katib Elxan Məmmədovla görüşüb. 2011-ci ildə Bakıda keçiriləcək seminarlar və fəaliyyət göstərəcək 12 Açıq Əyləncəli Futbol Məktəbləri barədə ətraflı müzakirələr aparılıb. AFFA tərəfindən layihənin həyata keçirilməsinə təşkilati və praktiki dəstək veriləcəyi bildirilib. Bu il Azərbaycan futbolunun 100 illiyinin tamam olması münasibətilə Açıq Əyləncəli Futbol Məktəblərinin bütün tədbirləri yubileyə həsr olunacaq. İl ərzində respublikanın müxtəlif bölgələrində qaçqın uşaqların iştirakı ilə festivallar keçiriləcək. 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci il dünya çempionatının Azərbaycanda təşkil olunması nəzərə alınaraq, Açıq Əyləncəli Futbol Məktəbləri tərəfindən qızlar arsında futbolun təbliğinə xüsusi diqqət ayrılacaq.

22.02.2011