Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Minskdə çimərlik futbolu üzrə FİFA-nın məşqçi kursları keçirildi


“Belarusiyada çimərlik futbolunun inkişafı üçün bütün zəruri şərtlər vardır”, deyə Minskdə çimərlik futbolu üzrə FİFA məşqçi kurslarını keçirən FİFA instruktoru, İspaniya yığmasının oynayan məşqçisi, dünya çimərlik futbolunda ən çox titul qazanmış və ən tatınan oyunçularından biri Ramiro Amarel qeyd etdi.
Ramiro Fiqueyras Amarel 17.12.1977 İspaniyanın Pontekoso şəhərində anadan olub. “Deportivo” (La Korunya) akademiyasının yetirməsidir. “Deportivo-B” (İspaniya, 3-cü divizion) klubunda çıxış edib. 1997-ci ildən çimərlik futbolu oynayır. Çimərlik futbolu üzrə İspaniya milli yığmasının oynayan məşqçisidir. Bir çox fərdi və komanda titullara malikdir. Onların arasında ən mühümləri bunlardır: Dünya Çempionatının (2003, 2004) ikiqat gümüş mükafatçısı, Dünya Çempionatının (2005) bürünc mükafatçısı, “AvroLiqanın” beşqat (1999, 2000, 2001, 2003, 2006) qalibi, “AvroLiqanın” gümüş mükafatçısı (2002), “AvroLiqanın” bürünc mükafatçısı (1998), Avropa Kubokunun ikiqat sahibi (2008, 2009), Dünya Çempionatının ən yaxşı oyunçusu (2003, 2008), “AvroLiqanın” ən yaxşı oyunçusu (1998, 2000, 2001, 2003), “AvroLiqanın” ən sərrast oyunçusu (1998, 2000, 2005, 2007), Dünya Çempionatının ən yaxşı yeni oyunçusu (2000), “AvroLiqanın” ən yaxşı yeni oyunçusu (1998), Dünya Çempionatına Avropa kvalifikasiya mərhələsinin qalibi (1998, 2008, 2009).

14.10.2010