Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Millimiz Portuqaliyaya yola düşüb


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Portuqaliyaya yola düşüb. Millimiz Avropa Liqasının B divizionundan A divizionuna yüksələ bilmək üçün promofinal mərhələsində iştirak edəcək. Komandalar 2 qrupda mübarizə aparacaq. A qrupunda Fransa, Macarıstan və Çexiya, B qrupunda isə İsrail, Azərbaycan və Türkiyə milliləri yer alıb. Qrup oyunlarını birinci pillədə başa vuracaq komandalar pley-off mərhələsində üz-üzə gələcək. Qalib komanda A divizionuna vəsiqə qazanacaq. Oyunlar avqustun 26-dan 29-dək Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.


23.08.2010