Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Bakı şəhər açıq çempionatı başa çatıb


Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarına dəstək məqsədilə AFFA, Çimərlik Futbol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatına yekun vurulub. Finalda «Spektr Travel» və «Kodak» komandaları qarşılaşıb. «Spektr Travel» 3:1 hesabı ilə qalib gələrək turnirdə birinci yeri tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AFFA-nın baş katibinin müavini Elxan Əsədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Çimərlik Futbol Federasiyasının baş katibi Əli Əliyev və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov qaliblərə xatirə medalları və kubok təqdim ediblər.

10.08.2010