Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Daha bir tirnir başa çatıb


Çimərlik futbolu üzrə Respublika kubokunun seçmə mərhələsi xarakteri daşıyan, Azərbaycan Çimərlik Futbol Federasiyası və Bakı Kəndlər Futbol Federasiyası tərəfindən birgə təşkil olunmuş turnirə yekun vurulub. Finalda «Hövsan» və «Buzovna» komandaları qarşılaşıb. 8:7 hesabı ilə qələbə qazanan «Buzovna» turnirin qalibi olmaqla yanaşı, Respublika kubokunun final mərhələsinə vəsiqə əldə edib.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Çimərlik Futbol Federasiyasının baş katibi Əli Əliyev və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov final oyununun iştirakçılarına diplomlar, qalib komandaya isə kubok təqdim ediblər.

05.08.2010