Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Millimiz turnirdən medallarla döndü


Hollandiyanın Den Haaq şəhərində təşkil olunmuş «Crocs Challenge Cup» turnirində iştirak etmiş çimərlik futbolu üzrə Azərbaycan milli yığması sözügedən turnirin bürünc medallarını qazandı. Qeyd etmək lazımdır ki, turnir ərzində millimiz üç oyun keçirdi.
İlk oyunda Çexiya yığması ilə qarşılaşan futbolçularımız 6:5 hesablı qələbə qazanıblar. Müslüm Hüseynovun het-trik etdiyi oyunda Elvin Quliyev, Zeynal Zeynalov və Hikmət Bağırov hərəyə bir dəfə fərqləniblər. Ikinci oyununu milli komandamız Türkiyə yığmasına qarşı keçirdi. Oyun 8:5 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb. Millimizin heyətində Asif Zeynalov 4 qol vurub. 1 dəfə isə İlham Əzizzadə fərqlənib. Son oyunda Azərbaycan İngiltərə yığması ilə qarşılaşıb və 5:2 hesabılə inamlı qələbə qazanıb. Millimizin heyətində Elvin Quliyev, Hikmət Bağırov, Renat Sultanov, Emin Kürdov və Zeynal Zeynalov fərqlənib.
Beləliklə, «Crocs Challenge Cup» turnirinin qalibi adını Türkiyə millisi qazanıb. 2-ci yeri Hollandiya yığması, 3-cü yeri isə millimiz tutub.

26.07.2010