Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Millimiz Fransa yığması ilə qarşılaşıb


İtaliyanın Bibiano şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində millimiz bu gün Fransa yığması ilə qarşılaşıb. Oyun 10:8 hesabı ilə fransalı futbolçuların xeyrinə başa çatıb. Millimizin heyətində hərəyə bir dəfə Elşad Quliyev və Asif Zeynalov fərqlənib. Zeynal Zeynalov dubl edib, Müslüm Hüseynov isə 4 qol vurub.
Xatırladaq ki, millimiz turnirdə keçirdiyi ilk oyunda Çexiya yığmasını 5:4 hesabı ilə məğlubiyyətə uğradıb.

13.07.2010