Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
"Gənclik-2010" turniri başa çatıb


Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində AFFA tərəfindən inşa olunmuş meydançada ali məktəb tələbələri arasında keçirilən çimərlik futbol üzrə «Gənclik-2010» turniri başa çatıb. Üçüncü yer uğrunda keçirilmiş oyunda Tələbələrin yığma komandası ilə Azərbaycan Dövlət İqtisad Universiteti qarşılaşıb. Tələbələrin yığma komandası 4:3 hesabı ilə qələbə qazanıb. Final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Beynəlxalq Universiteti üz-üzə gəlib. 5:3 hesabı ilə qələbə qazanan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası «Gənclik-2010» turnirinin qalibi olub. Sonda komandaların mükafatlandırılması mərasimi keçirilib.
 



16.06.2010