Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Portuqaliyada Spring Cup 2010 turniri keçiriləcək.


9 aprel tarixində Portuqaliyanın Vizeu şəhərində çimərlik futbolu üzrə “Spring Cup” turniri başlayacaq. Turnirdə Portuqaliya, Rusiya, İsveçrə və İngiltərə milliləri iştirak edəcəklər. Artıq turnirin təqvimi də açıqlanmışdır. Təqvimə əsasən iştirakçılar öz aralarında dairəvi sxem üzrə oyunlar keçirəcəklər. Qeyd etmək lazımdır ki, oyunlar qapalı kompleksdə keçiriləcək. Turnirin ilk oyununda Rusiya İsveçrə millisilə görüşəcək. İkinci oyunda isə ev sahibi Portuqaliya İngiltərə ilə qarşılaşacaq. 
«Spring Cup 2010», Vizeu, Portuqaliya. 9-11 aprel 2010-cu il
9 aprel, cümə
18-30 Rusiya – İsveçrə
20-00 Portuqaliya – İngiltərə
10 aprel, şənbə                  
14-30 İsveçrə – İngiltərə
17-00 Portuqaliya – Rusiya
11 aprel, bazar                  
15-30 Rusiya – İngiltərə
17-00 Portuqaliya – İsveçrə
Oyunlar Bakı vaxtılə göstərilib.
 

07.04.2010