Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Azərbaycanın Çimərlik Futbolu yığma komandası FİFA Çimərlik Futbolu Dünya Çempionatının (FİFA Beach Soccer World Cup 2008) seçmə oyunlarında iştirak edəcəkdir.

Yarışlarda iştirak etmək üçün Azərbaycan idmançıları May ayının 9-da İspaniyaya gedəcəklər.

Yarışlarda iştirak etmək üçün Azərbaycan idmançıları May ayının 9-da İspaniyaya gedəcəklər.

Azərbaycan idmançıları Dünya Çempionatı üçün vəsiqə qazanmaq uğrunda C qrupuna daxil olan İtaliya, Norveç və Yunanıstan komandaları ilə mübarizə aparacaqdırlar. Azərbaycan yiğmasının baş məşqçisi braziliyalı Qustavo Enrike Zlokovik Silvadır. Seçmə yarışlarda 24 yığma komanda iştirak edəcəkdir, bunların 8-zi bu cür yarışmada ilk dəfə iştirak edəcəkdir.

FİFA  Çimərlik Futbolu Dünya  Çempionatı (FİFA Beach Soccer World Cup 2008) Fransanın Marsel şəhərində 17-27 İyul 2008-ci il tarixlərində keçiriləcəkdir.


15.05.2008