Home page Site map E-mail us Azeri version English version
archive.php
Millimiz qələbə qazanıb


İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib. Çexiya yığması ilə qarşılaşan millimiz 6:2 hesabı ilə qələbə qazanıb. Asif Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Hikmət Bağırov, Amid Nəzərov, Orxan Məmmədov və Sabir Allahquliyev fərqlənib.
 
Millimiz turnirdə növbəti oyununu avqustun 15-də, saat 14:30-da Polşa yığmasına qarşı keçirəcək.
 

14.08.2014