Home page Site map E-mail us Azeri version English version
archive.php
Çimərlik futbolu üzrə Azərbaycan Super Liqası başa çatmışdır.


Çimərlik futbolu üzrə Azərbaycan Super Liqası başa çatmışdır.
 
9 komandanın iştirakı ilə keçirilən yarış dairəvi sistem üzrə keçirilib. İlkin mərhələdən sonra ilk 4 yeri tutmuş komandalar final mərhələsinə vəsiqə qazanmışlar.
 
Final mərhələsi oyunları gərgin idman mübarizəsi şəraitində davam etmiş və nəticədə Fənərbaxça komandası Super Liqanın qalibi adına, FHN İSM II-Cİ YERƏ, (TT Standard) komandası isə III- cü yerə layiq görülmüşlər.
 
Mükafatlandırma mərasimində AÇFF-nin Prezidenti Fərid Novruzi Kubokları təqdim etməklə yanaşı uğurlu çıxışa görə komandaları təbrik etmiş, ən yaxçı məşqçi, qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu, ən yaxşı hakim, həmçinin yarışın 23 qolla ən sərrast oyunçusu olmuş Asif Zeynalovu (Fənərbaxça) diplomlarala təltif etmişdir.
 
Sonda çıxış edən komanda rəhbərləri yarışı təşkil etdiklərinə görə AFFA, AÇFF-yə öz minnətdarlıqlarını bildirmişlər.
 
Azərbaycan Super Liqanın qalibi ölkəmizi Avropa Çempionlar Liqasında təmsil edəcəkdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

30.07.2014